Yığmamız FİFA reytinqində 110-cu yerə qalxdı
11.04.2012 - 12:04
Yığmamız FİFA reytinqində 110-cu yerə qalxdı
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması son reytinqlə müqayisədə 6 pillə irəliləyib. Bu müddətdə oyun keçirməyən millimiz 305 xalla 110-cu yerdə qərarlaşıb. Millimiz Avropada 45-ci pillədə yer alıb.

Yığmamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Portuqaliya yığması (1190 xal) 2 pillə irəliləyərək, 5-ci yerə qalxıb. 1 pillə irəliləyən Rusiya yığması (1049) 11-ci pilləyə yüksəlib. Millimizin növbəti seçmə mərhələdə ilk rəqibi olacaq İsrail yığması (558) birdən-birə 20 pillə geriləyərək, 58-ci yerə düşüb. Şimali İrlandiya yığması da az geriləməyib – 13 pillə. 110-cu yerə düşən britaniyalıların 305 xalı var. Qrupumuzun autsayderi sayılan Lüksemburq millisinin (283) 8 pillə irəliləyərək, 199-cu pilləyə qalxmağı diqqəti çəkən məqamdır.

Millimizin növbəti yoldaşlıq görüşlərində rəqibləri olan Andorra yığması əvvəli tək xalsız sonda – 205-ci pillədə qərarlaşıb. Belarus yığması isə 1 pillə irəliləyərək, 494 xalla 68-ci yerdədir.

Qeyd edək ki, son Avropa və dünya çempionu olan İspaniya yığması 1442 xalla liderliyini davam etdirib. Hollandiya millisini 2-ci pillədə Almaniya (1345) yığması əvəzləyib. Uruqvay millisi 1309 xalla 3-cü yerə çıxıb.