Dünyanın ən yaxşı futbolçusu susuz yaşayır
11.04.2012 - 12:50
Məşhur braziliyalı futbolçu Afrikada çətin günlər yaşayır. Apasport.az saytının məlumatına görə, 40 yaşlı yarımmüdafiəçi üçün Anqolanın “Kabuskorp” klubunda çıxış etdiyi ilk aylar məişət planında heç də asan olmayıb. Rivaldo “Tvitter” sosial şəbəkəsində səhifəsində bu haqda yazıb: “Mən çox yaxşı rayon Tatalonda yaşayıram. Ancaq problem ondadır ki, burada su yoxdur. Bu, artıq 4 gündür. Çimmək? Bunu yalnız dostlarımın evində edirəm. Səhər məşqində sol dizimdə ağrı hiss etdim. Ancaq ümid edirəm ki, bu, ciddi deyil”.
Qeyd edək ki, Rivaldo dünya çempionatı və planetin ən yaxşı futbolçusu olub.
Qeyd edək ki, Rivaldo dünya çempionatı və planetin ən yaxşı futbolçusu olub.
0
0