Almaniya Azərbaycana “əlcək atdı”
11.04.2012 - 13:23
Almaniya Azərbaycana “əlcək atdı”
Almaniya Futbol İttifaqı (DFB) 2020-ci ildə keçiriləcək Avropa çempionatın final mərhələsini təşkil etmək istəyir. Apasport.az saytının məlumatına görə, bunu qurumun prezidenti Volfqanq Nirsbax açıqlayıb.

O bildirib ki, yaxın günlərdə UEFA-ya rəsmi müraciət edə bilərlər.
Avro-2020-nin təşkilatçılığı üçün namizədlərin sifarişlərinin verilmə müddəti mayın 15-də başa çatır. Hələlik Azərbaycan və Gürcüstanın müştərək sifarişi ilə yanaşı, Türkiyə, həmçinin ortaq təşkilatçılıq istəyən Bolqarıstanla Rumıniya sifarişini UEFA-ya təqdim edib.

Bundan başqa, namizədliyini rəsmən verməyənlər - Albaniya/Yunanıstan, Norveç/Danimarka/Finlandiya/İsveç, İrlandiya/Uels/Şotlandiya, Bosniya və Herseqovina/Serbiya/Xorvatiya, Çexiya/Slovakiya da Avro-2020-yə təşkilatçılıq etmək arzusundadır.