“Yığmanıza vurduğum qolu həmişə xatırlayacam” MÜSAHİBƏ
11.04.2012 - 13:31
Rusiya futzal yığmasının kapitanı Sergey Sergeyevin apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşına müsahibəsi
- Millimizlə cavab oyunu haqda təəssüratlarınız necədir?
- Qarşılaşma bizim üçün çətin alındı. Gözlənildiyi kimi, Azərbaycan yığması yenə say üstünlüyündə oynayırdı. Ancaq bu dəfə sonda qol vura bilmədi. Biz çətin oyuna köklənmişdik və beynimizdə rəqibi qiymətləndirməmək fikri qətiyyən yox idi.
- Bakıda 3:2 hesabıyla qalib gəldiyinizdən, yığmamıza dünya çempionatının final mərhələsinə çıxmaq üçün 2 top fərqi ilə qalib gəlmək lazım idi. Bu səbəbdən çoxları cütün taleyinin artıq həll olunduğunu düşünürdü. Tümendə belə gərgin mübarizə sizin üçün gözlənilməz olmadı?
- Əlbəttə ki, yox. Çünki Azərbaycan yığmasında yetərincə güclü futbolçular cəmləşib. Prinsipcə, onlar meydanda yaxşı təsir bağışladı.
- Komandamızda hansı oyunçuları qeyd edərdiniz?
- Sözsüz ki, yığmanızda Kakanın oynamağı sizin üçün böyük üstünlükdür. O, komandanın oyununu müəyyənləşdirən futzalçıdır. Bundan əlavə, Felipe və Jadder də pis təsir bağışlamadı.
- Bəs həmyerliniz Andrey Tveryankini əvəzləyən qapıçı Elnur Zamanovun çıxışına necə qiymət verərdiniz?
- Şübhəsiz ki, onun oyunu yüksək qiymətə layiqdir. Komandanızı necə dəfə real qoldan xilas etdi. Biz çoxlu qol vəziyyətləri yaratdıq. Ancaq təəssüf ki, bunlardan yalnız ikisini reallaşdırdıq və bunda qapıçınızın rolu oldu.
- Hər halda, biz də 100 faizli qol imkanlarını reallaşdıra bilmədik...
- Bəli, oyunun sonunda bəxtimiz gətirdi. Vitali Borisov yaxın məsafədən qapıya düşə bilmədi.
- Həmin vaxt əlavə vaxta hazırlaşırdınız?
- Yox. Biz əsas vaxtda qələbəyə hazırlaşırdıq. Çünki əlavə vaxt haqda düşünsəydik, uduzardıq.
- Bakıdakı oyunda vurduğunuz 2-ci qol kuryoz alındığı üçün böyük müzakirə obyektinə çevrildi. İş elə gətirdi ki, həmin qol nəinki Bakının, ümumiyyətlə, 2 oyunun nəticəsinə görə qələbə topu oldu...
- Elədir. Əlbəttə, qol vurmağım mənə xoş idi. Ancaq bunun üçün bütün komanda işləyirdi. Komanda yoldaşlarıma çox sağ ol deyirəm ki, mənə bu qolu vurmağa kömək etdilər. Yığmanıza vurduğum qolu karyeram boyu həmişə xatırlayacağam.
Mehman SÜLEYMANOV

0
0