“İnter”in sabiq futbolçusu: Flaqmanla matçlarda başımıza oyun açırdılar
11.04.2012 - 14:12
“İnter”in sabiq futbolçusu: Flaqmanla matçlarda başımıza oyun açırdılar
Bakının “İnter” klubunun sabiq futbolçusu Yevgeni Kotov Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Kotov Donetsk “Metallurq”unda çıxış etdiyi vaxt Ukrayna futbolunun flaqmanı “Dinamo” ilə oyunlar haqda danışıb.

O, həmin qarşılaşmalarda başlarına hər cür oyun açıldığını bildirib: “Şaxtyor”un çempionluq uğrunda mübarizəyə başlamasından sonra “Dinamo” ilə oyunlarımız qalmaqalsız olmurdu. Qapı xəttini keçməyən topun qol kimi qeydə alınmasını da xatırlayıram. Bir dəfə məğlub olmağımız üçün heç nədən qırmızı vərəqə, ardınca penaltinin verilməsi də kiyevlilərə kömək etmədi.

2002-ci ilin yazında Kiyevdəki oyunda isə lap biabırçılıq idi. Birinci hissədə meydanın sərt olduğunu görüb, ikinci hissəyə 13 iynəli butsla çıxdıq. Sən demə, fasilədə meydanın bizə aid olan hissəsini qəsdən sulayıblarmış. Bizim arxa xətt oyunçularının sürüşməsindən istifadə edib, hesabı açdılar. Valentin Belkeviç qol vurdu. Bundan sonrakı matçlarda da başımıza oyun açırdılar”.

Qeyd edək ki, Kotov 2005-07-ci illədə “İnter”də çıxış edib.