“Milli komandanızın fəxr etməyə nəyisə var” - MÜSAHİBƏ
11.04.2012 - 14:41
“Araz” klubunun rusiyalı sabiq baş məşqçisi, Avropa çempionu Arkadi Belıyın apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşına müsahibəsi
- Rusiya - Azərbaycan oyunu gərgin və əsəbi alındı. Belə mübarizə sizin üçün gözlənilməz olmadı ki?
- Öncə Rusiya yığmasına dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etmək istərdim. Azərbaycan millisi haqda da xoş sözlər deməliyəm. Əlbəttə, komandanız cavab matçında layiqli oyun göstərdi. O başa düşülən idi ki, bütün heyət səviyyəsində Rusiya ilə rəqabət aparmaq çətin olacaq. Ancaq fikrimcə, Azərbaycan yığmasının oyuna seçdiyi plan reallaşdı. Əgər rəqibin daha çox bəxti gətirsəydi, bilmirəm, oyun necə alınardı. Qeyd etmək lazımdır ki, Azərbaycan yığması matçın sonunda 3-cü qolu vurub, 2 oyunun nəticəsinə görə hesabı bərabərləşdirməyə layiq idi. Bunu etiraf etmək lazımdır. Hərçənd, bütün statistika, qapıya zərbələrin rusların xeyrinə idi. Qapıçınız Elnur Zamanovun oyununu da qeyd etmək lazımdır. O, gözəl oyun nümayiş etdirdi.
- Yeri gəlmişkən, Elnur sizə hələ Azərbaycanda işlədiyiniz dövrdən yaxşı tanışdır...
- (gülür) Elədir. Ancaq indi Zamanov ikinci gəncliyini yaşayan, özünəinamı artan qapıçıdır. Əslində, hələ ilk oyunda da əla çıxış etmişdi. Bunları nəzərə alaraq, hesab edirəm ki, cavab matçında Azərbaycan yığmasının fəxr etməyə nəyisə var. Final mərhələsinə çıxmamağına baxmayaraq, komandanız layiqli oynadı.
- Yığmanız bu cütün favoriti idi. Ancaq 100 faizli qol imkanlarımızı reallaşdıra bilmədiyimiz zaman bəxtinizin aşkar gətirdiyini etiraf etməlisiniz...
- Onu deyə bilərəm ki, yığmanız oyunun sonunda bizi üstələdi. Hesab edirəm ki, həmin gün bəxt bizim tərəfdə idi və onsuz final mərhələsinə çıxmaq işimiz çətinləşə bilərdi. Əlbəttə, 2 oyunun nəticəsinə görə Rusiya yığmasının potensialının böyük olduğu görünürdü. Ancaq cavab oyununda ruslar bəxtin hesabına üstün oldu.
- Bizi 3-cü qolu vurub, 3:2 hesabı ilə qalib gəlsəydik, əlavə vaxt olacaqdı. Onda həm psixoloji cəhətdən, həm də vurduğumuz hər səfər qolu nəticəsində üstünlük bizdə olacaqdı. Sizcə, yığmanızın buna hazır olacaq gücü vardımı?
- Dediklərinizlə razıyam. Ancaq mənim təəssüratım belədir ki, əlavə vaxtda məhz Azərbaycan yığmasına çətin olacaqdı. Çünki millinizin oyunun sonunda yüz faizli qol imkanlarından istifadə edə bilməməyi aparıcı futbolçuların yorğunluğu ilə bağlı idi. Əgər Borisovla Jadderin gücləri çox olsaydı, həmin qol vəziyyətlərini yaxşı reallaşdırardılar. Bu, yorğunluğun nəticəsi idi və əlavə vaxtda yığmanızın əleyhinə öz sözünü deyəcəkdi.
- Sizə tanış olan Azərbaycan futzalının hazırkı səviyyəsini 5-6 il əvvəl işlədiyiniz dövrlə müqayisə edəndə, hansı qənaətə gəlirsiniz?
- İndi Azərbaycan yığmasının siması tamamilə başqadır. Şadam ki, milliniz, futzalınız inkişaf edir. Cavab matçında sırf azərbaycanlılardan ibarət “dördlüy”ü izlədik. Azərbaycanda işlədiyim dövrdə daha çox yerli və rus oyunçular çıxış edirdi. İndi görürük ki, komandanın simasını daha çox milliləşdirilən braziliyalılar müəyyənləşdirir. Hazırda Azərbaycan yığması tam fərqlidir. Ümid edirəm ki, yerli, gənc kadrların inkişaf etdirilməsi hərəkatı böyük olacaq. Bunun nəticəsində Azərbaycan yığmasında öz gənc oyunçuları yer alacaq.
- Yığmamızda kimin oyunu sizi yaxşı mənada təəccübləndirdi?
- Sözsüz ki, ilk növbədə qapıçınız. 2-ci və 3-cü yerdə də Elnur Zamanovu göstərərdim. Çünki o, sadəcə, möhtəşəm oynadı. Bundan əlavə, Jadder yaxşı təsir bağışladı. Ancaq məncə, digərləri öz səviyyələrində çıxış etdilər.
- Yenidən Azərbaycanda işləmək istərdiniz?
- Onu deyə bilərəm ki, mənim Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, orada bu idman növünə bağlı bütün insanlarla yaxşı münasibətim var. Mənim Azərbaycanda işlədiyim dövrlə bağlı yaxşı təəssüratlarım qalıb. Əgər tale gətirərsə, qismət olarsa, məmnuniyyətlə yenidən ölkənizdə işləyərəm. Ola bilər ki, gələcəkdə yollarımız bir daha kəsişdi.
Mehman SÜLEYMANOV

0
0