10 nazirdən çox maaş alan məşqçi...
11.04.2012 - 23:11
10 nazirdən çox maaş alan məşqçi...
“Qalatasaray”ın sabiq baş məşqçisi Frank Raykaard yeni iş yeri olan Səudiyyə Ərəbistanı yığmasında uğursuz fəaliyyəti ilə diqqət çəkir. Apasport.az saytının xəbərinə görə, hollandiyalı mütəxəssisin komandası DÇ-2014-ün seçmə mərhələsində keçirdiyi 6 oyunda cəmi bir qələbə qazanıb.

Raykaardın uğursuzluqları ölkədə geniş miqyasda müzakirə olunmağa başlayıb. “Əl-İktisadi” qəzetində 49 yaşlı mütəxəssisin Səudiyyə Ərəbistanında 10 nazirdən çox maaş almasına baxmayaraq, gördüyü işin müqabilində bu məbləğə layiq olmadığı vurğulanıb. Yaxın günlərdə Raykaardın millidən kənarlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, Raykard Səudiyyə Ərəbistanı yığması ilə 11 milyon avro qarşılığında 3 illik müqavilə imzalamışdı.