Mundialın son avropalıları müəyyənləşdi
12.04.2012 - 08:54
Futzal üzrə dünya çempionatının pley-off mərhələsində Avropanı təmsil edəcək yığmaların tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çexiya və İtaliya milliləri də Tailanda vəsiqə qazanıb. Çexiyalılar ilk oyunda səfərdə 0:2 hesabı ilə uduzduqları Sloveniyanı çətinliklə keçib – 4:1. Özü də bu qarşılaşmada da hesabı sloveniyalılar açıb. Lakin meydan sahibləri 4 qol vuraraq mundial arzusunu gerçəkləşdirib. Apenninlilərin işi daha asan olub. Səfərdəki 5:0 hesablı qələbədən sonra italiyalılar Norveçlə ev oyununda özünü əziyyətə salmayaraq 2 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, Avropadan digər 5 vəsiqəni İspaniya, Portuqaliya, Serbiya, Ukrayna və Azərbaycanı mübarizədən kənarlaşdıran Rusiya qazanıb.
Qeyd edək ki, Avropadan digər 5 vəsiqəni İspaniya, Portuqaliya, Serbiya, Ukrayna və Azərbaycanı mübarizədən kənarlaşdıran Rusiya qazanıb.
0
0