Kriştianu Ronaldo İspaniya rekordunu təkrarladı
12.04.2012 - 09:14
İspaniyanın “Real” klubunun hücumçusu Kriştianu Ronaldo Primeranın rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, İspaniya çempionatının “Atletiko” ilə oyununda het-trik edən portuqaliyalı futbolçu cari mövsümdə Primerada vurduğu qolların sayını 40-a çatdırıb. Bu isə İspaniya çempionatları tarixinin rekordunun təkrarıdır. Bir çempionatda 40 qol vuran ilk futbolçu da elə Ronaldonun özü olub. O, ötən çempionatı da 40 qolla tamamlamışdı. Çempionatın sonuna 6 tur qaldığını nəzərə alsaq Ronaldo bu rekordunu da yeniləyəcək.
Qeyd edək ki, “Real” “Atletiko”nu 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Real” “Atletiko”nu 4:1 hesabı ilə məğlub edib.
0
0