Elxan Məmmədov üstünlüklər və çətinliklərdən danışacaq
12.04.2012 - 09:44
İtaliyanın paytaxtı Romada FİFA tərəfindən Qadın Futbolunun Texniki Konfransı keçirilir. Apasport.az saytının məlumatına görə, bu tədbirdə Azərbaycanı AFFA-nın baş katibi, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov təmsil edir.
O, bu gün konfransda “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012: çempionatın Azərbaycanda keçirilməsinin üstünlükləri və çətinlikləri” mövzusunda çıxış edəcək. Tədbir aprelin 13-də başa çatacaq. Aprelin 14-də isə Roma şəhərində FİFA qızlar Grassroots Festivalı keçiriləcək.
Mənbə: affa.az

0
0