Ürəyi dayanan futbolçu meydana qayıdır
12.04.2012 - 10:27
Ürəyi dayanan futbolçu meydana qayıdır
Ötən ay "Tottenhem"lə oyunda ürəyi dayanan "Bolton"un futbolçusu Fabris Muamba şad xəbər eşidib. Apasport.az saytının xəbərinə görə, həkimlər yarımmüdafiəçinin yenidən futbol oynaya biləcəyini söyləyiblər.

Belə ki, Muambanın ürəyinə xüsusi cihaz yerləşdirilib. Futbolçu növbəti dəfə analoji halla üzləşərsə, həmin cihaz fəaliyyətə başlayacaq və onu ölümdən qoruyacaq. Hazırda xəstəxanada olan Muambanın həftəsonuna qədər evinə qayıdacağı və məşqlərə başlayacağı söylənilir.