Xorvat “Xəzər Lənkəran”ı yaxşı tanıyır
12.04.2012 - 11:02
Xorvat “Xəzər Lənkəran”ı yaxşı tanıyır
“Xəzər Lənkəran” hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Biz bu komandanı yaxşı tanıyırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın futbolçusu Lukas Xorvat deyib.

O, Premyer Liqanın XXVIII turunun “Xəzər Lənkəran”la oyununda 3 xala kökləndiklərini bildirib: "Altılıq"dakı ilk matçda onları səfərdə məğlub etdik. Bu həftə də üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çempionluq şanslarımız itib. Amma çalışırıq ki, kubokda uğurlu nəticə göstərək".