“Azərbaycan yığmasının oyunçuları yaranmış vəziyyətin girovlarıdır”
12.04.2012 - 12:18
“Azərbaycan yığmasının oyunçuları yaranmış vəziyyətin girovlarıdır”
“Hesab edirəm ki, azərbaycanlı oyunçular yaranmış vəziyyətin girovlarıdır. İlk növbədə ona görə ki, onların oyunçu seçimi elə də böyük deyil”. Apasport.az saytının məlumatına görə, Rusiyanın futzal yığmasının baş məşqçisi Sergey Skoroviç deyib.

Dünya çempionatının pley-off mərhələsində Azərbaycan yığmasına qalib gələrək (səfərdə 3:2, evdə 2:2), final mərhələsinə çıxan rusiyalı mütəxəssis yığmamızla bağlı proqnoz verib.

Yaş amilinə toxunan Skoroviç oyunçularımızın fərdi keyfiyyətlərinin yüksək olduğunu bildirib: “Azərbaycan yığmasında bir sıra yaşlı oyunçular var. Onlar gücləri çox olanda, 5-in 4-ə çıxış edəndə çox yaxşı və keyfiyyətli oynaya bilərlər. Azərbaycan yığmasında fərdi cəhətdən güclü oyunçular var – Felipe, Serjao, Kaka. Onlardan hər biri say üstünlüyündə qol vəziyyəti yara bilər. Ancaq yaş... Onların 5 nəfərlə oynamağı hər dəfə alınmır. Əgər Avropa çempionatını götürsək, serblərlə 4, yaxud 5 nəfərlə oynayanda, məncə, 5 qol buraxdılar. Hərçənd özləri də 4 qol vurdu”.