Araz Abdullayev “Panionios”a qoşuldu
12.04.2012 - 12:33
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev “Panionios” klubundakı problemini həll edib. Apasport.az saytının məlumatına görə, sağlamlıq durumu ilə bağlı son turlarda komandasına kömək edə bilməyən 20 yaşlı yarımmüdafiəçi artıq məşqlərə başlayıb. Bir müddət yüngül zədəsi olan Araz son günlər qripdən əziyyət çəkirdi. İndi isə o, baş məşqçi Akis Mantziosun sərəncamına qatılıb.
0
0