“Piçiçi” – birdən-birə 7 rekord!
12.04.2012 - 13:34
“Piçiçi” – birdən-birə 7 rekord!
“Real”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldonun növbəti rekordları açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən bahalı futbolçusunun “Atletiko”ya qalib gəldikləri (4:1) Madrid derbisindəki möhtəşəm oyunu diqqət mərkəzinə düşüb.
Belə ki, “Visente Kalderon” stadionunda keçirilən matçda het-trikə imza atan 27 yaşlı hücumçu birdən-birə 7 göstərici ilə Primeronun tarixinə düşüb.

Ronaldo Primeroda ilk futbolçudur ki, 1 mövsümdə səfərdə 20 qol vurub.

...Primeronun ilk futbolçusudur ki, 1 mövsümdə 7 dəfə het-trik edib (ümumilikdə 12).

...Ötən mövsüm 40 qolla bombardir - “Piçiçi” oldusa, cari çempionatda artıq bu qədər qol vurub.

...“Real”ın 3-cü futbolçusudur ki, İspaniya çempionatında “Atletiko”ya artıq 3 qol vurub.

... Cari mövsümdə 47 oyunda 52 qol vurub ki, bunlardan 40-ı Primeroda, 3 “Kral kuboku”nda, 8-i Çempionlar Liqasında, 1-i ölkə Superkubokundadır.

... “Real”ın 3-cü futbolçusudur ki, hamıdan çox – 23 penaltini dəqiq yerinə yetirib - onu yalnız əfsanələr – Uqo Sançeslə Miçel qabaqlayır.

...Son 4 oyunda 3 qolu standart vəziyyətdən vurub.