“Xəzər Lənkəran” üçün şans
12.04.2012 - 15:59
“Bakı” ilə “Xəzər Lənkəran” 25 gündə 2-ci dəfə görüşəcək. Apasport.az saytının məlumatına görə, Premyer Liqasının XXIV turunda “Bakı”nı qəbul edən lənkəranlılar XXVIII turda onun qonağı olacaq. Martın 19-da “Bakı” ilə ev oyununda 0:1 hesabı ilə uduzan cənublular onun əvəzini çıxmağa çalışacaq. Səfər görüşü bu rəqiblə oyunların ümumi balansında tarazlıq yaratmaq şansıdır. Belə ki, 29-cu duelədək baş tutan 28 oyunda “Bakı” 9, “Xəzər Lənkəran” 8 dəfə qalib gəlib. Qalan 11 matç isə heç-heçə ilə bitib. Top fərqində isə lənkəranlılar üstünlüyə malikdir – 27:22. Bu da “Xəzər Lənkəran”ın rəqibini 3 dəfə eyni – 3:0 hesabı ilə qalib gəlməyi bağlıdır.
Əvvəlki 28 oyunun 21-i çempionat, 7-si kubok yarışlarında olub. Komanda Premyer Liqada 6 dəfə məğlub etdiyi rəqibə 5 dəfə uduzub. 10 dəfə komandalar “sülh”lə ayrılıb. “Bakı”nın qapısına 22 top vuran “Xəzər Lənkəran” öz qapısından 14-nü buraxıb.
Mənbə: lankaranfc.com
Əvvəlki 28 oyunun 21-i çempionat, 7-si kubok yarışlarında olub. Komanda Premyer Liqada 6 dəfə məğlub etdiyi rəqibə 5 dəfə uduzub. 10 dəfə komandalar “sülh”lə ayrılıb. “Bakı”nın qapısına 22 top vuran “Xəzər Lənkəran” öz qapısından 14-nü buraxıb.
| 2004/05 | 22.08.2004 çempionat | səfər | 0:2 |
|---|---|---|---|
| 2004/05 | 23.02.2005 çempionat | evdə | 2:0 |
| 2005/06 | 22.08.2005 çempionat | evdə | 0:1 |
| 2005/06 | 17.02.2006 çempionat | səfər | 1:1 |
| 2006/07 | 26.08.2006 çempionat | evdə | 1:0 |
| 2006/07 | 26.02.2007 Kubok, ¼ final, ilk | səfər | 2:0 |
| 2006/07 | 04.03.2007 Kubok, ¼ final, cavab | evdə | 0:1 |
| 2006/07 | 17.03.2007 çempionat | səfər | 0:0 |
| 2007/08 | 04.11.2007 çempionat | səfər | 2:2 |
| 2007/08 | 04.05.2008 çempionat | evdə | 0:0 |
| 2008/09 | 26.10.2008 çempionat | səfər | 0:0 |
| 2008/09 | 25.02.2009 Kubok, ¼ final, ilk | evdə | 0:1 |
| 2008/09 | 11.03.2009 Kubok, ¼ final, cavab | səfər | 2:2 |
| 2008/09 | 18.04.2009 çempionat | evdə | 3:0 |
| 2009/10 | 25.11.2009 çempionat | evdə | 1:1 |
| 2009/10 | 29.11.2009 çempionat | səfər | 3:0 |
| 2009/10 | 11.04.2010 çempionat | səfər | 0:1 |
| 2009/10 | 15.05.2010 çempionat | evdə | 0:1 |
| 2009/10 | 23.05.2010 Kubok, final | neytral | 1:2 |
| 2010/11 | 02.10.2010 çempionat | evdə | 1:1 |
| 2010/11 | 27.11.2010 çempionat | səfər | 1:1 |
| 2010/11 | 02.04.2011 çempionat | səfər | 0:0 |
| 2010/11 | 27.04.2011 Kubok, 1/2 final, ilk | evdə | 1:0 |
| 2010/11 | 04.05.2011 Kubok, 1/2 final, cavab | səfər | 1:2 |
| 2010/11 | 13.05.2011 çempionat | evdə | 2:0 |
| 2011/12 | 21.10.2011 çempionat | səfər | 2:2 |
| 2011/12 | 21.12.2011 çempionat | evdə | 3:0 |
| 2011/12 | 19.03.2012 çempionat | evdə | 0:1 |
Mənbə: lankaranfc.com
0
0