Ağasəlim Mircavadov: O vaxt Romulo ilə bağlı problem yox idi
12.04.2012 - 16:18
“Romulo Silvanonun şikayətindən sonra “Xəzər Lənkəran”ın hesabından 6 xalın silinməsinin mümkünlüyü barədə ilk dəfədir sizdən eşidirəm. Həmin braziliyalı futbolçu ilə çox az işləmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Müxtəlif vaxtlarda 2 dəfə “ağ-yaşıllar”ı çalışdırmış təcrübəli mütəxəssis Romulo Silvanonun lənkəranlılardan borcla əlaqədar FİFA-ya şikayət etməyindən xəbərsiz olduğunu bildirib.
Halbuki, sol cinah yarımmüdafiəçisi Mircavadovun vaxtında - 2008-ci ilin yayında transfer edilib: “Romulo yeni gələndə, qısa müddət məşqlərimizə qatıldı. Bildiyiniz kimi, həmin vaxt onu avrokuboklarda “Lex”lə oyunlara sifariş edə bilmədik. Açığı, Romulonun adı yadıma düşmürdü. Mən 1 il sonra yenidən “Xəzər Lənkəran”a qayıdanda isə həmin futbolçu artıq komandadan getmişdi”.
65 yaşlı çalışdırıcı işlədiyi vaxtda Silvanonun problemi haqda məlumatının olmadığını söyləyib: “Mən gələn kimi komandadakı vəziyyətlə maraqlandım. Futbolçulara borcun olub-olmadığını soruşdum. Dedilər ki, problem yoxdur, hər şey qaydasındadır. İndi isə bu vəziyyətə görə məəttəl qalmışam. Bu, yaxşı əlamət deyil. Heç bir klubumuzda belə şeyin olmağını istəməzdim”.
Mehman SÜLEYMANOV

0
0