Stolüstü futbol – FOTOSESSİYA
12.04.2012 - 17:58
Stolüstü futbol – FOTOSESSİYA
Dünya çempionatının təbliğatı 11-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində davam edir. Apasport.az saytının məlumatına görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tədbirdə iştirak edib.

Sərgi qonaqları və xarici ziyarətçilər dünya çempionatının hazırlıq işləri ilə tanış olub və müxtəlif suallara cavab alıblar. Dünya çempionatının stendini ziyarət edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də hazırlığın gedişatı haqqında məlumat alıb.

Sərginin açılış günündə, çempionatın stendi qarşısında yerləşdirilmiş süni futbol meydançasında toplarla qollar vurulub və stolüstü futbol oynanılıb. Maraqlı və interaktiv oyunlar əsasında iştirakçı və azarkeşlərə müxtəlif hədiyyələr təqdim olunub.

Mənbə: affa.az