“Qarabağ”dan “Xəzər Lənkəran”a dəstək!
12.04.2012 - 23:02
“Xəzər Lənkəran”ın cəzalanacağı ilə bağlı xəbəri sizdən eşidirəm. Düşünürəm ki, komandanın hesabından 6 xalın silinməsi gerçəkləşməz”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktor Əmrah Çəlikəl deyib.
O, Premyer Liqanın ilk “altılığ”ında rəqiblərindən olan “Xəzər Lənkəran”ın FİFA-nın tələbinə əsasən cəzalandırılmasına münasibət bildirib.
Çəlikəl futbolçuya vaxtilə olan borca görə komandanın topladığı xallardan 6-nın çıxılmasını ədalətsizlik kimi dəyərləndirir: “Bu, çox üzücü haldır. Alqışlanası şey deyil. Komanda əziyyət çəkib, xal qazanıb. İndi bunun silinməsi düzgün olmaz. Ümid edirəm ki, məsələni yoluna qoymaq mümkün olacaq və belə ağır cəzaya ehtiyac yaranmayacaq”.

0
0