“Neftçi” FİFA – “Xəzər Lənkəran” qalmaqalına münasibət bildirdi
12.04.2012 - 23:00
“Biz “Neftçi” Peşəkar Futbol Klubun olaraq, hər hansı klubun 6 xal cəzalandırılmasını istəməzdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib.
O bildirib ki, təmsil olunduğu komanda prinsipial rəqibi “Xəzər Lənkəran”ın FİFA-nın tələbi ilə 6 xal cəzalandırılmasının əleyhinədir: “Neftçi” həmişə ədalətli mübarizənin tərəfdarı olub. Komandamızın çempionluq uğrunda əsas rəqiblərindən birinin hesabından xal silinməsinin tərəfdarı deyilik. Lakin inanırıq ki, belə olmayacaq. “Xəzər Lənkəran” klubunun rəhbərliyində peşəkar insanlar yer alıb. Onların yaxın zamanda məsələni yoluna qoyacağını düşünürük”.

0
0