Mourinyonu bu hərəkətinə görə Azərbaycanda cərimələyərdilər...
13.04.2012 - 09:00
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo növbəti hərəkəti ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 49 yaşlı portuqaliyalı mütəxəssis İspaniya çempionatında cari mövsümün sonunadək hər oyundan sonra keçirilən mətbuat konfranslarına gəlməməyi qərara alıb. Onun yerinə jurnalistlər qarşısına ispaniyalı köməkçisi, komandanın sabiq müdafiəçisi Aitor Karanka çıxacaq. Mourinyo Çempionlar Liqasında mətbuat konfranslarına gələcək. O, qaydalara görə, bunu məcburi etməlidir.
Qeyd edək ki, Azərbaycanda Premyer Liqa və kubok oyunlarından sonra baş məşqçilərin mətbuat konfranslarına gəlməyi reqlamentə görə şərt qoyulub. Buna əməl etməyənlər AFFA-nın İntizam Komitəsi tərəfindən cərimələnirlər.

0
0