Yığmamız Macarıstan klubunu darmadağın etdi
13.04.2012 - 09:30
Yığmamız Macarıstan klubunu darmadağın etdi
Azərbaycanın 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamız Macarıstanda təşkil olunmuş təlim-məşq toplanışında yoxlama oyununda Budapeştin MTK komandasına 5:0 hesabı ilə qalib gəlib. Nərgiz Ömərovanın 1 qol vurduğu oyunda Nigar Cəlilli və Leyla Solmaz dubl edib.

Mənbə: affa.az