Edqar Davids: Futbolda kral mənəm! - MÜSAHİBƏ
13.04.2012 - 11:21
Edqar Davids: Futbolda kral mənəm! - MÜSAHİBƏ
1995-ci ildə ona qlaukoma diaqnozu qoydular. Beləliklə, Edqar Davids dünyada eynəklə oynamağa razılıq verilən yeganə oyunçu oldu. Apasport.az saytının xəbərinə görə, bu günlərdə Kiyevə səfər edən və gənc istedadların məşqini izləyən sabiq futbolçu yerli həmkarımızın suallarını cavablayıb.

- Referi rolunda olmaq necədi?
- Xoşuma gəlir. Hərdən seçim etmək çətin olur. Lakin bilirsiz, hər şeyi təkbaşına həll etmirəm. Topa nəzarət, üslub, kreativlik üzrə hakimlər fəaliyyət göstərir. Demək olar ki, fiqurlu konkisürmədə olduğu kimi.

- Gördükləriniz arasında ən inanılmaz tryuku xatırlayırsız? Sizi, ucadan qışqıraraq: "Hətta mən də bunu edə bilməzdim!" - deməyə vadar etmiş olsun.
- Hə, burada, həm mənim, həm də Bekhemin təkrar edə bilməyəcəyi bu cür tryuklar doludu. Bundan əlavə, elə uşaqlar var ki, çətin elementlər edə bilməsələr də, performans, şou göstərirlər. Fərz edək ki, müğənninin fantastik səsi var, lakin əgər sadəcə, səhnədə dayanırsa, bu, şou deyil. Mən isə təəccüblənməyi sevirəm.

- Ukraynada Ginnesin rekordlar kitabının rekordçusu - Vasili Rossoşik var. 1991-ci ildə o, meydanın ətrafında dövrə vuraraq dayanmadan 10 saat 35 dəqiqə top "çilədi"...
- Doğrudan?! Top bir dəfə də olsun sıçramadı?!

- Yox. Həqiqətən də inanılmazdı! Siz buna qadirsiz?
- Yox-yox. Həmyerliniz yəqin ki, illərlə jonqlyorluqla məşğul olub, peşəkar futbolçu isə təkcə bunu deyil, ötürməni, topa sahib olmanı da işləyir... Əgər saatlarla jonqlyorluq işlənilərsə, yerdə qalanlara sadəcə, vaxt çatmaz.

- Bəs siz neçə dəfə top "çiləyə" bilərsiz?
- Anlayışım belə yoxdu. Hər şey istəkdən asılıdı... Lakin futbol fristaylının çox gözəl olduğunu deməliyəm. Bu oğlanların topla nələr etdiyinə baxın. Kompüter arxasında oturararaq "Play Station" oynamaq, "Facebook"da yazışmaq lazım deyil. Dostlarınla küçədə fristayl - interaktiv budu.

- Bəs özünüz "Play Station" oynamırsız?
- Dünən oynadım. Oğlum var. Bir-birimizlə vuruşuruq. Lakin yarım saatdan artıq yox, maksimum bir saat. Sonra onu küçəyə qovuram.

- Kompüter seçimlərində çempion kimdi?
- Futbolda kral mənəm! Digər idman növlərində oğlum məni "dağıdır"...

- Sizin yolunuzla getmək fikri yoxdu?
- Yox, o, peşəkar futbolçu deyil.

- Sizcə, indi ən texnikalı oyunçu kimdi? Messi, yoxsa variant var?
- "Ən texnikalı futbolçu" adı altında nəyi nəzərdə tutduğunuza baxır... Messi - texnika baxımından inanılmaz dərəcədə istedadlı oyunçudu, topu ondan almaq qeyri-realdı. Lakin əgər söhbət futbolla bağlı tryuklardan gedirsə, onda Krişitanu Ronaldoda daha çoxdu.

- Yəqin internetdə Ronaldinyonun cərimə meydançasının həndəvərindən eyni topla ardıcıl olaraq 4 dəfə qapı tirini nişan aldığını görmüsüz. Bu montajdı, yoxsa reallıq?
- Nağıllara inanırsız?

- Yəni, sizcə, montajdı...
- Yox, mən sizdən soruşuram, nağıllara inanırsız?

- Hə.
- Onda buna da inana bilərsiz. İstəyirsizsə, inanın.

- Ukraynaya bundan əvvəlki səfərinizi xatırlayırsız?
- Bu, çoxdan olub. İnanılmaz dərəcədə çətin matç idi. Məncə, İntertoto kuboku idi... Lakin əmin deyiləm.

- Yox-yox, söhbət Çempionlar Liqasından gedir (Davidsə xatırlatmağa çalışırdıq ki, meneceri bizi susdurdu, gəlin karyerası ilə bağlı suallardan yan keçək - müəl.). AÇ-2012 yaxınlaşır. Gözləntiləriniz...
- Finalın Hollandiyayla keçəcəyini düşünürəm. Rəqibinin kim olacağını bilmirəm. Ola bilsin ki, DÇ-2010-da olduğu kimi İspaniya olsun. Bəlkə də Almaniya. Ukrayna yığması? Hansısa proqnoz vermək üçün barəsində hansısa məlumata malik deyiləm.