II dövrə başlayır: Bakıda prinsipial oyunlar, Qəbələdə kubokun davamı
13.04.2012 - 11:54
Sabah Premyer Liqada “altılığ”ın II dövrəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, dövrlərarası fasilə olmadığından komandalar mübarizəni istirahətsiz davam etdirəcəklər.
XXVIII turun ilk oyun günündə mükafatçılar uğrunda mübarizə olacağından, maraq daha böyükdür. İkinci “altılıq”da isə AZAL – “Rəvan” qarşılaşmasını qeyd etmək olar. Çünki həmin matçın nəticəsi 7-ci yerin sahibinə, yəni II “altılığ”ın çempionluğuna böyük ölçüdə aydınlıq gətirəcək.
Sabahkı oyunların ikisi Bakıda keçiriləcək. Müxtəlif vaxtlarda başlayacağından həmin qarşılaşmaları televiziyadan canlı izləmək mümkün olacaq. Start matçında prinsipial rəqiblər sayılan “Bakı” ilə “Xəzər Lənkəran”ın maraqlı mübarizəsi gözlənilir.
Bu, “zolaqlılar” üçün əsasən iddia etdiyi ölkə kuboku öncəsi sınaq olacaq. Belə ki, “Bakı” növbəti həftə kubokun ilk yarımfinal oyununda “Qarabağ”ı qəbul edəcək. FİFA ilə qalmaqala görə “Xəzər Lənkəran”ın 6 xal silinəcəyi halda, turnir cədvəlində vəziyyət dəyişərək, yeni mənzərə yaranacaq. Bu mənada 4-cü pilləyə düşəcək cənub təmsilçisinin ən yaxın izləyiciləri olan “Qəbələ” ilə “Bakı”nın çempionatdan Avropaya vəsiqə qazanmaq şansı artır. Ona görə də II dövrədə avrokuboklar uğrunda mübarizənin daha gərgin keçəcəyi gözlənilir.
“Neftçi” ardıcıl 2-ci tur evdə Bakı derbisinə çıxacaq. “Bakı"dan sonra “İnter”i qəbul edəcək lider kubokdakı növbəti rəqibini sınağa çəkəcək. Belə ki, “İnter”lə “Neftçi” aprelin 14-də məhz bu turnirdə görüşəcək və ilk yarımfinal matçı “Şəfa” stadionunda olacaq. Deməli, prinsipial rəqiblər 4 gündə 2 dəfə bir-birinin meydanında üzləşəcək. “Neftçi” “altılığ”ın ilk dövrəsində olduğu kimi, “İnter”ə qalib gələrsə, həmşəhərlilərinin çempionluq şansını lap azaldacaq, özünün titulunu qorumaq mübarizəsində növbəti addım atacaq.
“Qəbələ” ilə “Qarabağ” üçün kubok mübarizəsi artıq başa çatıb. Ötən mərhələdə üzləşən əyalət təmsilçilərinin duelinin hər ikisi bərabərliklə nəticələndi – 2:2, 0:0. Sadəcə, “Qarabağ” kubokun qaydalarına görə səfərdə vurduğu qollara görə yarımfinala çıxdı. İndi ağdamlılar ona uğur gətirən həmin meydançada vacib çempionat matçına çıxacaq. Belə ki, “Qarabağ”a çempionluq mübarizəsində 3 xal vacibdir. “Qəbələ” isə kubokdan kənarda qaldıqdan sonra bütün diqqətini Premyer Liqaya yönəldib və 4-cü yeri tutsa belə, Avroliqaya vəsiqə qazana bilər. “Qarabağ”ın uzun müddətdir “Qəbələ”yə qalib gəlməməyi də oyuna marağı artırır.
14 aprel
15:00. “Bakı” – “Xəzər Lənkəran”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
Cari mövsümdəki oyunlar – 2:2, 0:3, 1:0
16:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ. Şəhər stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 0:0, 1:1
17:30. “Neftçi” – “İnter”
Bakı. İsmət Qayıbov adına Bakıxanov adına qəsəbə stadionu
Cari mövsümdəki oyunlar – 1:2, 1:0, 2:1
15 aprel
15:00. “Sumqayıt” – “Kəpəz”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Cari mövsümdəki oyunlar – 1:1, 4:1, 1:4
16:00. AZAL – “Rəvan”
Bakı. “AZAL Arena” stadionu
Cari mövsümdəki oyunlar – 2:1, 3:1, 2:0
16:00. “Turan” – “Simurq”
Tovuz. Şəhər stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 1:2, 1:1
Bombardir: Bahodir Nasimov (Neftçi) – 15 qol.

| komandalar | o | q | h | m | t | x | |
|---|---|---|---|---|---|---|---|
| 1 | Neftçi | 27 | 18 | 3 | 6 | 51-24 | 57 |
| 2 | Xəzər L | 27 | 15 | 6 | 6 | 37-22 | 51 |
| 3 | Qarabağ | 27 | 14 | 8 | 5 | 32-17 | 50 |
| 4 | İnter | 27 | 14 | 7 | 6 | 25-17 | 49 |
| 5 | Qəbələ | 27 | 12 | 7 | 9 | 35-29 | 42 |
| 6 | Bakı | 27 | 12 | 5 | 10 | 32-28 | 41 |
| 7 | AZAL | 27 | 10 | 6 | 11 | 40-42 | 36 |
| 8 | Rəvan | 27 | 8 | 8 | 11 | 27-32 | 32 |
| 9 | Kəpəz | 27 | 8 | 5 | 14 | 32-44 | 29 |
| 10 | Simurq | 27 | 6 | 7 | 14 | 23-39 | 25 |
| 11 | Turan | 27 | 6 | 4 | 17 | 22-36 | 22 |
| 12 | Sumqayıt | 27 | 4 | 5 | 18 | 20-46 | 17 |

0
0