“Barselona”nın prezidenti: Messidən yoxdur, olmayacaq da
13.04.2012 - 12:02
“Barselona”nın prezidenti: Messidən yoxdur, olmayacaq da
“Barselona”nın prezidenti Sandro Rossel argentinalı futbolçu Lionel Messiyə yüksək qiymət verib. Apasport.az saytının məlumatına görə, Rossel hesab edir ki, Kataloniya sistemi daha belə səviyyəli futbolçu yetişdirə bilməyəcək: “Bizdə belə futbolçu daha olmayacaq. Messi dahidir. Özü də təkcə oyun vaxtı meydanda yox, ondan kənarda da”.

Qeyd edək ki, 25 yaşlı Messi yetirməsi olduğu “Barsa”nın heyətində çoxsaylı uğurlar qazanıb, son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilib.