Ronaldo və AZAL
13.04.2012 - 13:18
Dünya futbolunun ulduzu Kriştianu Ronaldo Bakının AZAL klubuna çatıb. Apasport.az saytının məlumatına görə, “Real”ın portuqaliyalı hücumçusu buna İspaniya çempionatının cari mövsümündə vurduğu qolların sayını 40-a çatdırmaqla buna nail olub.
Belə ki, AZAL da Azərbaycan çempionatında 40 qol vurub. İndi Ronaldo Azərbaycan klublarından yalnız “Neftçi”dən geri qalır. Böyükağa Hacıyevin yetirmələri 51 qol vurub və Ronaldonun çatmaq istədiyi yeganə komandamızdır. Bunun üçün portuqaliyalı 11 qol vurmalıdır.
Premyer Liqamızın digər 10 klubunun əsas komandaları isə 20-30 nəfərlik heyətlə də Kriştianu qədər qol vurmayıblar. Çempionatın aşkar autsayderi “Sumqayıt” isə cəmi 20 qol vurub. Bu isə Ronaldonun iki “Sumqayıt” qədər qol vurması anlamına gəlir.

0
0