Maradona Peleni axmaq adlandırdı
13.04.2012 - 14:04
Dünya futbolunun əfsanəsi Dieqo Maradona Argentina milli komandası və İspaniya “Barselona”sının ulduzu Lionel Messinin müdafiəsinə qalxıb. Apasport.az saytının məlumatına görə, o, “Futbol kralı” Pelenin Messi haqda dediyi sözlərə cavab verib. Maradona braziliyalı Neymarı Lioneldən üstün tutan Pele ilə razı deyil: “Pelenin dedikləri axmaqlıqdır. Bəlkə də Neymar həqiqətən də dünyanın ən yaxşı futbolçusudur. Əgər belədirsə, onda Messi çoxlarının dediyi kimi, başqa planetdən gələn futbolçudur”.
0
0