“Xəzər Lənkəran” FİFA-nın qərarına münasibət bildirdi
13.04.2012 - 15:21
“Xəzər Lənkəran” FİFA-nın qərarına münasibət bildirdi
“Komandamızın hesabından 6 xal silinməsi xoşagəlməz haldır. “Xəzər Lənkəran” üzərinə düşən bütün öhdəliklərini yerinə yetirib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın direktoru Höccət Hacıyev deyib.

O, 2008/09 mövsümündə cənub təmsilçisində oynayan braziliyalı futbolçu Romulo Silvanonun FİFA-ya etdiyi şikayətə görə komandanın hesabından 6 xal silinməsinə münasibət bildirib: “Komandamızın hesabından 6 xalın silinməsi ədalətli qərar deyil. Bu, futbolçuların, məşqçilərin haqqının tapdalanmasıdır. Xalları onlar əziyyət çəkib qazanıblar. Ona görə xalların silinməyi düzgün variant deyil. Daha düzgün olardı ki, pul cəriməsi ilə kifayətlənsinlər. Amma FİFA mənim deməyimlə qərarını dəyişən deyil”.