FİFA-nın qərarı Premyer Liqada 4-cü yerin qiymətini qaldırdı
13.04.2012 - 15:28
FİFA-nın qərarı Premyer Liqada 4-cü yerin qiymətini qaldırdı
FİFA-nın “Xəzər Lənkəran” haqda çıxardığı qərar Premyer Liqanın turnir cədvəlində vəziyyəti dəyişdirdi. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin 6 xalının silinməsi ötən tur yüksəldiyi 2-ci pillənin əldən getməyi ilə gətirib çıxarıb.

Nəticədə “Ağ-yaşıllar” birdən-birə 2 pillə geriləyərək, 4-cü yerə düşüb. Maraqlıdır ki, “Xəzər Lənkəran” ötən tur səfərdə “Qəbələ”yə 1:0 hesabı ilə qalib gələnədək məhz bu pillədə qərarlaşmışdı.

Təbii ki, hadisələrin belə məcra almasından sonra lənkəranlıların 5 ildir həsrət qaldığı çempionluq şansı demək olar itir. Hər halda, komanda lider “Neftçi”dən artıq 12 xal geri qalır və 5 tura bunu aradan qaldırmağı qeyri-mümkün saymaq olar. “Qarabağ”la “İnter” əvvəlki yerlərinə – 2-ci və 3-cü pilləyə qayıtmaqla, çempionluq şanslarını saxlayırlar.

Ümumiyyətlə, 6 xal silinməyindən sonra ilk “altılıq” iştirakçılarının mübarizəsi 2 yerə parçalandı. Yəni, ilk “üçlük”də yer alan “Neftçi”, “Qarabağ”, “İnter”lə 4-6-cı yerlərdə gedən “Xəzər Lənkəran”, “Qəbələ”, “Bakı” arasında xal fərqində böyük uçurum yaranıb.

Nəticədə 4-cü yerin qiyməti qalxıb ki, bu pillənin sahibi böyük ehtimalla Avroliqaya vəsiqə qazanacaq. Çünki avrokuboklara vəsiqə verən ilk “üçlük”də gedən komandalar ölkə kubokunda mübarizəsini davam etdirir. Onlardan biri həm ölkə kubokunu, həm də mükafat qazanarsa, 4-cü yeri tutan avtomatik Avroliqada vəsiqə qazanacaq.

“Xəzər Lənkəran” “Qəbələ” kimi ölkə kubokundan çıxdığından, həmin vəsiqəni yalnız çempionatdan qazanmalıdır. 6-cı yerdə gedən “Bakı” isə ölkə kubokunda iddiasını davam etdirir. İndi 4 və 6-cı yerlər uğrunda xal fərqi az olduğundan, ikinci üçlükdə də maraqlı və gərgin mübarizə gedəcək.

komandalar o q h m tx
1Neftçi27183651-2457
2Qarabağ27148532-1750
3İnter27147625-1749
4 Xəzər L27156636-2245
5 Qəbələ27127935-2942
6 Bakı271251032-2841
7 AZAL271061140-4236
8 Rəvan27881127-3232
9 Kəpəz27851432-4429
10 Simurq27671424-4025
11 Turan27641722-3622
12 Sumqayıt27451820-4617
Qeyd: “Xəzər Lənkəran”dan 6 xal silinib


Mehman SÜLEYMANOV