“Neftçi”nin sabiq qapıçısı öldü
13.04.2012 - 15:33
“Neftçi” klubunun sabiq qapıçısı Vladimir Astapovski vəfat edib. Apasport.az saytının məlumatına görə, SSRİ futbolunun tanınmış simalarından olan qolkiper 66 yaşında dünyasını dəyişib.
SSRİ yığmasında 11 oyun keçirən, 1976-cı ildə Monreal Olimpiadasında bürünc mükafatçı olan Astapovski daha çox MOİK-dəki çıxışları ilə tanınıb. O, 1976-cı ildə SSRİ-nin ən yaxşı qapıçısı və futbolçusu seçilib.
Bryansk “Dinamo”sunun yeniyetmə-gənclər komandasının yetirməsi olan Astapovski peşəkar karyerasına Bakının “Neftçi” klubunda başlayıb. 1965-ci ildə SKÇF, 4 il sonra MOİK-ə keçib və 1980-ci ilədək orada oynayıb.
Karyerasının son 2 ilini isə Xabarovsk OİK-ində keçirib. Sonradan Moskvanın MOİK və “Spartak” klublarında qapıçılarla işləyən məşqçi olan Astapovski Rusiya yığmasının qolkiperi İqor Akinfeyevin çalışdırıcısı olub.

0
0