“Hamı bilir ki, FİFA müqəddəs təşkilat deyil”
13.04.2012 - 17:16
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Öncə FİFA-nın komandanızın hesabından 6 xal silməsi ilə bağlı qərara münasibətiniz bilmək istərdiniz...
- Bu qərarı gözləyirdik. Bununla əlaqədar martın 29-da FİFA-dan bizə məktub daxil olmuşdu. Bundan sonra lazımı sənədləri həm FİFA-ya, həm də prezident Yozef Blatterə göndərdik. Həmin sənədlərdə göstərilirdi ki, bu, hansısa menecerin anlaşılmaz qərəzinə əsaslanan, həddən artıq sərt qərardır. Menecer tələb edib ki, borcun faizi ödənilmədiyi üçün komandamızın hesabından 6 xal silinsin. Birincisi, həmin faizin miqdarı haqda bizə kimsə rəsmi məlumat göndərməyib. Pul köçürmə yolu ilə ödənilib və burada problem bankda da, pulun bir valyutadan digərinə çevrilməsində də yarana bilər. Söhbət faizin tam ödənilməməsindən yox, məbləğin düzgün ödənilməməsindən gedir. Bu da bank mühasibatlığında nəsə problemlə bağlı ola bilər.
- Yəni, bunu texniki problem sayırsınız?
- Bəli, bununla bağlı FİFA-ya üzrxahlıq məktubu göndərmişik. Bildirilib ki, buna görə klubdan 6 xalın silinməsi qərarı əsassızdır. İkincisi, bununla bağlı AFFA-ya da müraciət etmişdik. Qərardan sonra FİFA-ya ən azı 4 məktub göndərilib. , prezident kimi bu məsələyə müdaxilə etsin, daha ədalətli qərar çıxarılsın. Amma gördüyümüz işlər heç bir effekt vermədi. İndi bütün sənədləri hazırlamışıq və AFFA-nın qərarının bizə rəsmən daxil olmasını gözləyirik. Düzdür, AFFA rəsmi saytında bu haqda xəbər yayıb. Lakin hələlik bizə rəsmi məktub daxil olmayıb. Məktubu alan kimi digər sənədlərlə birlikdə Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyik. Bildiyiniz kimi, CAS tam müstəqil təşkilatdır. Nə FİFA-ya, nə də hansısa təşkilata aidiyyatı var. Bu məhkəmə ilə həmin qərarın ləğv olunmasına çalışacağıq.
- Beynəlxalq İdman Arbitraj Məhkəməsinin lehinizə qərar verəcəyinə ümidiniz var?
- Bu qurum yeganə orqandır ki, FİFA-nın qərarlarını ləğv edə bilər.
- Ancaq CAS qərarı qüvvədə də saxlaya bilər...
- Düzdür, CAS elə qurumdur ki, qərarı ya ləğv edə, ya da qismən qüvvədə saxlaya bilər. Biz AFFA-dan rəsmi qərarı almaq istəyirik. Axı saytdakı məlumatı məhkəməyə göndərə bilmərik. Qərarı alandan sonra vaxt itirmədən CAS-a müraciət edəcəyik.
- FİFA-nın qərarında Romulo Silvanoya borcla bağlı araşdırmanın gedişatı göstərilib. Məbləğin ödənilməsi üçün klubunuza 30 gün vaxt verilib...
- Həmin rəsmi qərarda bəzi məqamlar var ki, bunlar dəqiq göstərilməyib. 2008/09 mövsümündə komandamızda çıxış edən Romulo ilə o vaxtdan məhkəmə çəkişməsi gedirdi. Bu müddətdə FİFA tərəfindən bir neçə dəfə qərar çıxarılıb. Onlar sonradan FİFA-nın Apellyasiya Komitəsinə müraciət ediblər ki, məsələyə yenidən baxılsın. Həmin müzakirələrdə deyilib ki, həmin məbləği “Xəzər Lənkəran” ödəməlidir. Yəni, bu məsələdə futbolçunu haqlı çıxarmışdılar. “Xəzər Lənkəran” bundan sonra həmin məbləği ödəyəcəyini boynuna almışdı və bunu rəsmi sənəddə göstərmişdi.
- Bəlkə problem borcun gec ödənilməsindədir?
- Bildiyiniz kimi, avrokuboklarda iştirakımıza görə bizim hesaba pul köçürülür. Bildirmişdik ki, həmin cəriməni o puldan çıxsınlar. Bu, tam qanunidir. Həqiqətən də avrokuboklardakı çıxışdan sonra, beynəlxalq futbol qurumları bizə pul köçürəndən sonra məbləği vaxtlı-vaxtında ödəmişik. Yəni, orada hər hansı gecikmədən söhbət gedə bilməz. Bizə 1 ay vaxt qoyulmuşdu. Bundan 1 gün sonra FİFA-ya məktuba cavab vermişdik. “Xəzər Lənkəran”ın digər klublardan fərqli, 30-ya yaxın məhkəmə prosesi olub. Klubumuzun 8 illik tarixində Yakuba Bambadan sonra 2-ci prosesdir ki, “Xəzər Lənkəran” məhkəmədə uduzur. Əgər bu qədər məhkəmə proseslərində iştirak ediriksə, hər halda, prosedur qaydalarını – nəyi nə vaxt etməli olduğunu bilirik. “Xəzər Lənkəran” Azərbaycanda ilk klublardan idi ki, vaxtilə legionerə qarşı məhkəməni udmuşdu. Bu, 2005/06 mövsümündə olub. Söhbət bundan getmir. Heç kim “Xəzər Lənkəran”ın fəaliyyətinə kölgə salmağa çalışmasın. Əgər texniki xətalar olubsa, buna görə komandadan 6 xal silmirlər. Bu hal heç yerdə görünməyib. “Xəzər Lənkəran” bu məbləği ödəməmək niyyətində olsaydı, məsələyə vaxtında reaksiya bildirməsəydi, o başqa məsələ. FİFA-nın da qərarında görünür ki, həmin 6 xal futbolçunun agentinin israrlı tələbinə əsasən həyata keçirilir. Burada da məbləğin tam ödənilməməsi əsas götürülür. Ancaq futbolçu bizə rəsmi məktub göndərib ki, komandamıza qarşı heç bir maddi və mənəvi iradı yoxdur.
- Elə isə Romulonun agentinin “Xəzər Lənkəran”a qarşı belə münasibəti nə ilə bağlı ola bilər?
- Bizim hələ bunu araşdırmağa vaxtımız yoxdur ki, görək o agent hansı əsasla bu işi görür. Kimə sərf edir ki, “Xəzər Lənkəran”ın 2-ci yerdə olduğu halda 6 xalı silinsin. Mən bundan artıq heç nə deyə bilmərəm.
- Fakt odur ki, qərarı ali futbol qurumu olan FİFA çıxarır və zərbəni klubunuz alır...
- Biz FİFA-nın çıxardığı qərarı ədalətli saymırıq. Hamımız çox gözəl bilirik ki, FİFA müqəddəs təşkilat deyil. Biz qurumun çıxardığı qərardan razı olmadığımıza görə CAS-a müraciət edəcəyik. Hüququmuzdan istifadə edərək, qərarın ləğvinə çalışacağıq.
- 4-cü pilləyə düşən komandanız avrokuboklara çıxmalıdır və bunun üçün ilk növbədə hazırda psixoloji durumu qaydasına salınmalıdır. Bu perspektivi necə görürsünüz?
- “Xəzər Lənkəran” öz iddiası ilə oynayacaq. Növbəti turlarda uğurlu çıxış etməyə çalışacağıq. Bu gün futbolçularla da görüşümüz oldu. Komandada ruh düşkünlüyü olmamağı üçün əlimizdən gələni edəcəyik. Qalan 5 oyunda qələbə qazanmağımızı istəyirik. Qalan iş artıq rəhbərliyin boynuna düşür ki, bu qərarı ləğv eləsin.
- Bunun cari mövsüm bitənə kimi həyata keçəcəyi nə dərəcədə realdır?
- Dəfələrlə olub ki, qərar ləğv olunub, sonradan bərpa olunub. Burada hər cür məqam ola bilər. Bu, artıq başqa məsələdir. Biz sadəcə tezliklə AFFA-dan rəsmi qərar almaq lazımdır və bundan sonra bütün sənədlərin Beynəlxalq İdman Arbitraj Məhkəməsinə göndərilməsini gözləyirik.

0
0