“Neftçi” və “İnter”ə rədd cavabı
13.04.2012 - 23:00
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda "Neftçi" və "İnter"in İntizam Komitəsinin onlar barədə qəbul etdiyi qərarları ilə bağlı müraciətlərinə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
1. "Neftçi" barədə AFFA-nın İntizam Komitəsinin 09.03.2012-ci il tarixli qərarı dəyişdirilsin və U-16 Liqasının "Qəbələ"- "Neftçi" oyunu Qəbələ şəhərində qonaq komandanın bütün
xərclərini "Qəbələ" çəkməklə yenidən keçirilsin.
2. "Neftçi" barədə AFFA-nın İntizam Komitəsinin 03.04.2012-ci il tarixli qərarının 2-ci bəndi qüvvədə saxlanılsın.
3. "İnter" barədə AFFA-nın İntizam Komitəsinin 03.04.2012-ci il tarixli qərarının 4-cü bəndi qüvvədə saxlanılsın. "Xəzər Lənkəran" - "İnter" komandaları arasında oyunun hakimi barədə məsələyə Hakimlər Komitəsi, hakim-inspektoru barədə məsələyə isə Hakim-İnspektorlar Komitəsi baxaraq Apellyasiya və Ekspert Komitəsinə məlumat versin.

0
0