“Bakı”nın müdafiəçisi cərrah bıçağı altında
13.04.2012 - 23:06
"Xəzər Lənkəran"ın aktivindən 6 xal silinməsindən sonra çempionatda medalçılar uğrunda mübarizə bir qədər də kəskinləşəcək. Apasport.az saytının xəbərinə görə, bundan öncə bütün diqqətini kuboka yönəldən "Bakı" yenə də ümidlənib.
Amma məhz "Xəzər Lənkəran"la oyun öncəsi "zolaqlılar"ın heyətində ciddi itkilər var. Belə ki, ötən oyunda sarı vərəqə alaraq, cəzalı duruma düşən Maris Verpakovskiylə yanaşı, Elvin Əliyev də matçda iştirak etməyəcək.
"Bakı"nın digər itkisi müdafiəçi Duje Bakoviçdi. Xorvatiyalı müdafiəçi kor bağırsağından əməliyyat olunub. Təcili olaraq, xəstəxanaya çatdırılan və cərrah bıçağı altına salınan 26 yaşlı oyunçunun durumu hazırda normaldı.

0
0