Elmir Əliyev: Daha bəsdir!
13.04.2012 - 23:12
“Tural Abbaszadə komandadadır və heç yerə getməyib”. Bu sözləri apasport.az saytına “Kəpəz” klubunun prezidenti Elmir Əliyev deyib.
Fuad İsmayılovun baş məşqçi postuna dönüşündən sonra mütəmadi olaraq əsas komandanın qapısını qoruyan Tural Abbaszadənin son oyunlarda meydana çıxmaması müəyyə söz-söhbətə səbəb olub.
Xüsusilə, gənc qapıçının “Neftçi” ilə qarşılaşmadan sonra komandadan küsdüyü deyilirdi. Lakin klub prezidenti deyilənlərin yanlış olduğunu, qapıçının komandanın düşərgəsində olduğunu bildirib: “Tural hazırda komanda ilə birgə məşq edir. Onun son oyunlarda oynamaması futbolçunun U-21 yığmamızın heyətində Finlandiyaya yollanması ilə bağlı idi. Döndükdən sonra isə bir qədər yorğun olduğundan adı matçın protokoluna daxil edilmədi”.
Amma Əliyev burada qeyri-adi nəsə axtarmağı mənasız olduğunu da deyib. O, digər qapıçılara da özlərini göstərmələri üçün şans yaratdıqlarını vurğulayıb: “Komandada 3 qapıçı var. Digərlərinin oynamasına da şərait yaratmalıyıq. Həm də heyəti baş məşqçi qurur. Biz onun işinə qarışmırıq”.
Cari mövsümdə daha çox baş məşqçi əvəzləmələri ilə yadda qalan “Kəpəz” ikinci “altılıq”da gün keçirir. Gəncə təmsilçisi üçün cari mövsümün həqiqətən də uğursuz keçdiyi danılmazdır. Elə klub rəhbərliyi də artıq yeni mövsümün planlarını gizdiklərini, amma bununla bağlı hələ ictimaiyyyətə geniş məlumat vermək niyyətində olmadıqlarını deyib: “Planlarımız hazırdır. Təxminən 1 aydan sonra çempionat başa çatacaq və onda açıqlayacağıq. Bunun da düşər-düşməzi olur. Növbəti mövsümdə daha fərqli olacağımızı deyə bilərəm. Daha bəsdir. Çempionluq uğrunda oynamağın zamanıdır”.
Qeyd edək ki, “Kəpəz” “Neftçi”dən sonra ölkənin ən titullu klubudur. Üç dəfə çempion olan Gəncə təmsilçisi 4 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. Komanda hazırda 27 oyundan sonra 29 xalla turnir cədvəlinin 9-cu pillədə qərarlaşıb.

0
0