Dmitri Kruqlovun komandasını “Xəzər Lənkəran”ın aqibəti gözləyir
14.04.2012 - 10:00
Rusiya Premyer Liqasının təmsilçisi olan “Rostov”u “Xəzər Lənkəran”ın aqibəti gözləyir. Apasport.az saytının məlumatına görə, klubun futbolçusu Draqan Blatnyaka borca görə xalının silinəcəyi gözlənilir. Rusiya Futbol İttifaqının Mübahisəli Məsələlərin Həlli Palatasının martın 30-da çıxardığı qərarla “Rostov”a verilən 15 günlük vaxt bu gün bitir. Futbolçu isə hələ ki pulunu almayıb və oyunçuların statusu və keçidi reqlamentinə görə kluba 300 min rubl cərimə, xalların silinməyi sanksiyası tətbiq ola bilər.
“Rostov”un baş direktoru Yuri Belous Palatanın yazdığı öhdəlikləri yerinə yetirməyə çalışacaqlarını, Draqana bütün borcu yaxın günlərdə verəcəklərini bildirib.
Məlum olduğu kimi, “Xəzər Lənkəran” 2008/09 mövsümündə heyətində çıxış edən braziliyalı futbolçusu Romulo Silvanoya borcunun olmağına görə FİFA-nın sərt qərarı ilə üzləşdi. Belə ki, AFFA-ya göndərilən rəsmi qərarla Lənkəran klubundan turnir cədvəlindən 6 xalın silinməyi həyata keçirildi.
Qeyd edək ki, “Rostov”da vaxtilə “Neftçi” və “İnter”in heyətində “Xəzər Lənkəran”a rəqib olan Estoniya yığmasının sol cinah oyunçusu Dmitri Kruqlov çıxış edir.

0
0