Moskvada Baş Assambleyada Bakı-2020-nin təqdimatı keçirildi
14.04.2012 - 11:28
Moskvada Baş Assambleyada Bakı-2020-nin təqdimatı keçirildi
2020-ci il Olimpiadanı keçirməyə iddialı olan şəhərlər öz təqdimatını keçirib. Apasport.az saytının məlumatına görə, Bakı, İstanbul, Tokio, Doha və Madrid təşkilat etmək istədikləri XXXII Yay Olimpiya Oyunları ilə bağlı bu gün Moskvada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyalarının Baş Assambleyasında öz təqdimatlarını ediblər. 1000 nəfərin qatıldığı həmin toplantıda Təşkilat Komitəsi 10 dəqiqəlik təqdimat edib. Tədbirdə Azərbaycanı ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Bakı-2020-nin Təşkilat Komitəsinin icraçı-direktoru Könül Nurullayeva, AFFA-nın baş katibi Elxan Məmmədov və digər nümayəndələr təmsil edirlər.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi namizəd statusu alan şəhərlərin adlarını bu ilin mayında açıqlayacaq. Olimpiadanın keçiriləcəyi məkan qurumun 2013-cü il sentyabrında Buenos-Ayres şəhərində keçiriləcək 125-ci sessiyasında müəyyənləşəcək.