Yunis Hüseynov sarğını Kamran Ağayevə qaytarmadı
14.04.2012 - 14:03
Yunis Hüseynov sarğını Kamran Ağayevə qaytarmadı
“Xəzər Lənkəran” Kamran Ağayevə kapitanlığı qaytarmayıb. Apasport.az saytının məlumatına görə, komandanın əsas kapitanı Rahid Əmirquliyevin cəzalı olduğu “Bakı” ilə bugünkü matçda sarğının millimizin də əsas qapıçısı olan Kamrana veriləcəyi deyilsə də, bu, baş verməyib. Baş məşqçi Yunis Hüseynov kapitanlıq sarğısını millimizin digər üzvü – müdafiəçi Elnur Allahverdiyevə etibar etməyi üstün tutub. Allahverdiyev Lənkəran klubunda belə ampluada çıxış edib. Bu, 29 yaşlı müdafiəçidə 2 dəfə olub.

Qeyd edək ki, indiyə kimi “Xəzər Lənkəran”ın 20 kapitanı olub və sonuncu Elnurun Abdullayev soyadlı adaşı olub.