Novruz Əzimov: 6 xalın silinməyi “Xəzər Lənkəran”a güclü təsir etmişdi
14.04.2012 - 17:37
“Premyer Liqa ilə kubokda mübarizəyə fərq qoymuruq. Biz bunu bugünkü oyunda sübut etdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçi əvəzi Novruz Əzimov deyib. Premyer Liqanın XVIII turunda evdə “Xəzər Lənkəran”la görüşən “zolaqlılar” böyük hesablı qələbə qazanmaqla diqqət mərkəzinə düşdü.
Əzimov bununla onlar üçün hər 2 cəbhədə nəticənin vacib olduğunu bildirməklə, yanaşı, rəqibin durumuna toxunub: “Hər 2 yarışa eyni gözlə baxırıq. “Xəzər Lənkəran”a FİFA-nın qərarı ilə 6 xalın silinməyi güclü təsir etdiyini düşünürəm. Komandanın bundan özünə gəlmədiyi oyunda görünürdü. Biz isə yaxşı oyunla 4:1 hesabı ilə qalib gəldik ki, buna görə komandamızı təbrik edirəm”.
Qeyd edək ki, “Bakı” bu qələbədən sonra 6-cı pillədə qalsa da, 4-cü yerdə gedən “Xəzər Lənkəran”la xal fərqini minimuma endirib.

0
0