“Hesab oyuna görə oldu”
14.04.2012 - 18:31
“Hər iki komanda bu gün qələbəyə oynadı. Təəssüf ki, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib. O, Premyer Liqanın XXVIII turunda AZAL-la səfər oyununda 1:1 hesablı nəticəni ədalətli sayır: “Hesab oyuna görə oldu. Qarşımıza 7-ci yeri tutmağı məqsəd qoymuşuq. Zədəli futbolçuların olması bugünkü oyunumuza təsir etdi. Futbolçulara əzmkarlığa görə təşəkkür edirəm”.
0
0