İtaliya yas içində: Futbolçu meydanda öldü
14.04.2012 - 23:02
İtaliya yas içində:  Futbolçu meydanda öldü
İtaliya futbolu yasa bürünüb. Apasport.az saytının məlumatına görə, B seriyasında keçirilən "Paskara" - "Livorno" oyunu zamanı qonaqların futbolçusu Pyermario Morozininin ürəyi dayanıb. Futbolçu xəstaxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu hadisə səbəbindən bu gün İtaliya A və B seriyasında keçirilməli olan bütün oyunlar təxirə salınıb.