Derbi öncəsi 2 azarkeş bıçaqlandı
15.04.2012 - 13:03
Derbi öncəsi 2 azarkeş bıçaqlandı
Qaziantəpdə “Beşiktaş” – “Qalatasaray” derbisi ərəfəsində xoşagəlməz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Türkiyənin 2 nəhənginin fanatları arasında kütləvi dava olub. Onlar bıçaq və ağac parçaları ilə bir-birlərinə xəsarət yetiriblər.

Ən çox döyülən isə “qara-qartalların” azarkeşləri olublar. “Qalatasaray”lılar onların 2 fanatını bıçaqlayıblar. “Beşiktaş” tərəfdarlarının qollarından və başından yaralandığı bildirilir. Hər 2 fanat təcili xəstəxanaya çatdırılsa da, vəziyyətləri hələ ağır olaraq qalır.