“Komandam imkanlarından aşağı səviyyədə oynadı”
15.04.2012 - 17:45
“Komandam imkanlarından aşağı səviyyədə oynadı”
Premyer Liqanın XXVIII turunda səfərdə “Sumqayıt”a 0:2 hesabıyla məğlub olan “Kəpəz”in baş məşqçisi Fuad İsmayılov oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, çalışdırıcı yetirmələrindən narazı qalıb.

İsmayılov bildirib ki, növbəti turlarda uduzmamağa çalışacaqlar: “Komandam imkanlarından aşağı səviyyədə oyun nümayiş etdirdi. Çempionatın geridə qalan oyunlarında qələbə qazanmağa çalışacağıq. “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm”.