Əsgər Abdullayev: Bu çətin vəziyyətə özümüz düşmüşük
15.04.2012 - 18:36
Əsgər Abdullayev: Bu çətin vəziyyətə özümüz düşmüşük
“Bugünkü oyunda qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyduq. Lakin nəticə əziyyətimizin üstündən xətt çəkdi”. Apasport.az saytının məlumatına görə, bunu “Turan”ın baş məşqçisi Əsgər Abdullayev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın XXVIII turunda “Simurq”la etdikləri heç-heçəni (0:0) şərh edib: “Öz oyunumuzu göstərsək də, hücumları məntiqli sonluqla yekunlaşdıra bilmirdik. Bu çətin vəziyyətə özümüz düşmüşük. Özümüz də bundan çıxacağıq”.