“Premyer Liqada qalmağa çalışacağıq”
15.04.2012 - 18:41
“Premyer Liqada qalmağa çalışacağıq”
“Çox ağır oyun keçdi. Meydançanın vəziyyətini, rəqibin kimliyini və turnir cədvəlindəki mövqeyimizi nəzərə alaraq bugünkü oyunda mütləq qalib gəlmək istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Simurq”un baş məşqçisi Georgi Çixradzeyə məxsusdur.

Premyer Liqanın XXVIII turunda Zaqatala təmsilçisi “Turan”ın qonağı olub. Qolsuz bərabərliklə başa çatan görüşdə hər 2 komandanın fərqlənmək imkanı olsa da, sonda dəqiqlik çatmayıb. Çixradzenin sözlərinə görə, əsas məqsədləri Premyer Liqada yerlərini qorumaqdır: “Hər iki komandanın qol imkanları olsa da, heç biri istifadə edə bilmədi. Premyer Liqada qalmağı qarşımıza məqsəd qoymuşuq. Buna çalışacağıq”.