117 gün gözlənilən qələbə
16.04.2012 - 08:45
117 gün gözlənilən qələbə
“Sumqayıt” bu il ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı Bernard Raabın çalışdırdığı komanda cari mövsümdə “Kəpəz”lə 2-ci ev oyununda da qələbəni bayram edir.

Maraqlıdır ki, sumqayıtlılar Gəncə təmsilçisi ilə öz meydanında ilk oyunda da inamlı qələbə qazanmışdı. Ötən ilin dekabrın 11-də XVI turda qazanılan 4:1 “Sumqayıt”ın tarixində ilk və hə ki yeganə böyük hesablı qələbədir.

Aprelin 15-də “Kəpəz”lə Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən matçda qələbə 2:0 hesablı oldu və 21 yaşlılardan ibarət yığmamızın hücumçusu Ruslan Qurbanov dubl edərək, həm uzun fasilədən sonra fərqləndi, həm də icarədə oynadığı komandada qol hesabını açdı. Bu il keçirdiyi oyunlarda daha çox uduzaraq, son pilləyə düşən “Sumqayıt”ın qələbə həsrəti isə 117 gün çəkdi. Autsayder sonuncu dəfə ötən ilin dekabrın 20-də XVIII turda evdə “Turan”ı 1:0 hesabı ilə məğlub etmişdi.