Nadir Nəbiyev “Turan”da 200-ə çatdı
16.04.2012 - 09:25
Nadir Nəbiyev “Turan”da 200-ə çatdı
Premyer Liqanın XXVIII turu “Turan”ın futbolçusu Nadir Nəbiyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu “Simurq”la qolsuz bərabərliklə nəticələnən ev oyununda uzun illər çıxış etdiyi komandanın heyətində yubiley - 200-cü çempionat matçına çıxıb. Nadir 10 mövsüm keçirdiyi doğma komandasında bu matçadək 199 oyuna çıxmışdı. Nadir bu müddətdə “Turan”da 62 qol vurub.

Mövsüm
Klub
Oyun
Qol
1995/96
Turan (Tovuz)
3
1996/97
Turan (Tovuz)
27
8
1997/98
Turan (Tovuz)
23
2
1998/99
Turan (Tovuz)
25
10
1999/2000
Turan (Tovuz)
21
8
2000/01
Turan (Tovuz)
18
9
2004/05
Turan (Tovuz)
30
11
2008/09
Turan (Tovuz)
11
2
2009/10
Turan (Tovuz)
26
10
2011/12
Turan (Tovuz)
16
2
CƏMİ
10 mövsüm
200
62


Nəbiyev Azərbaycan çempionatları tarixində eyni komandada ən azı 200 oyun keçirən 10-cu futbolçu oldu. Ona qədər yalnız 9 oyunçuya bu nəsib olmuşdu.

1Aslan KərimovQarabağ (Ağdam)268
2Sakit AlıyevTuran (Tovuz)248
3Müşfiq HüseynovQarabağ (Ağdam)244
4Nizami SadıqovTuran (Tovuz)237
5Səttar ƏliyevQarabağ (Ağdam)230
6Yaşar HüseynovQarabağ (Ağdam)226
7Müşfiq VəliyevViləş (Masallı)221
8Alay BəhramovViləş (Masallı)220
9Eltay AslanovTuran (Tovuz)208
10Nadir NəbiyevTuran (Tovuz)200