Azərbaycanda 25001-cu futbol adamı
16.04.2012 - 10:06
Azərbaycanda 25001-cu futbol adamı
Azərbaycan futbol ailəsinə 25001-ci üzv qoşulub. Apasport.az saytının məlumatına görə, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Artıq bu sistemdə qeydiyyata alınanların sayı 25 min nəfəri keçib. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 25001-ci üzvü 1999-cu il təvəllüdlü Nuranə Qafil qızı Əskərzadədir. O, İmişlinin “MKT-Araz” klubunun müvafiq yaş qrupundan ibarət komandasının heyətində AFFA tərəfindən təşkil olunmuş U-15 qızlar Liqasında çıxış edir.

Mənbə: affa.az