Milli komanda toplanışa yığışır
16.04.2012 - 10:37
Milli komanda toplanışa yığışır
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri Bakıda hazırlıq keçəcək. Yığmanın toplanışı aprelin 18-dən 26-a qədər davam edəcək.

Qeyd edək ki, hazırlıqlara cəlb olunacaq futbolçuların siyahısı hələ müəyyənləşməyib.

Mənbə: affa.az