FİFA iyulun 2-də qaydaları dəyişəcək
16.04.2012 - 11:15
FİFA futbol qaydalarında yenilik edə bilər. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu neçə vaxtdır müzakirə olunan qolların qeydə alınması üçün videotəkrarın tətbiqi ilə bağlı qərar verəcək. Bununla bağlı müzakirələr iyulun 2-də gerçəkləşəcək. Bu isə o deməkdir ki, yeniliklə bağlı qərar Avro-2012-nin Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək final oyununun ertəsi gün veriləcək.
0
0