“Bakı” – “Qarabağ” oyununun vaxtı müəyyənləşdi
16.04.2012 - 11:36
“Bakı” – “Qarabağ” oyununun vaxtı müəyyənləşdi
“Qarabağ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə ilk oyununun hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, aprelin 14-də Premyer Liqanın XXVIII turunda “Qəbələ”nin qonağı olan komanda Bakıya qayıtdıqdan sonra ölkə kubokunun qarşılaşmasına hazırlığa start verib.

Sonuncu oyunda meydana çıxmayanlar ertəsi gün məşq edibsə, bu gün bütün komanda ilk məşqini keçirəcək. Aprelin 18-də 1/2 finalın ilk qarşılaşmasına çıxacaq “Qarabağ”ın bu günkü çalışması saat 16:00-a nəzərdə tutulub. Komanda sabah oyunun keçiriləcəyi “Bakı”nın təlim-məşq bazasının stadionunda məşqə çıxacaq.

Qeyd edək ki, artıq oyunun başlayacağı vaxt da müəyyənləşib. Aprelin 18-də baş tutacaq “Bakı” – “Qarabağ” oyunu saat 15:30-da başlayacaq.